Bank Of Baku

Apreldə Azərbaycanda deflyasiya qeydə alınıb

Apreldə Azərbaycanda deflyasiya qeydə alınıb
# 04 may 2011 06:58 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1% bahalaşıb.

«Ötən ay ərzaq məhsullarından düyü, qarabaşaq yarması, çörək, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, yumurta, kərə yağı, şəkər və şəkər tozu, limon, portağal, naringi, banan, armud, göyərti, xiyar, pomidor, çuğundur, sarımsaq, soğan, kartofun qiyməti ucuzlaşıb. Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub ki, bu əsasən manna yarması, mal və qoyun əti, toyuq budu, pasterizə və sterilizə olunmuş üzlü süd, xama, günəbaxan və qarğıdalı yağları, alma, heyva, nar, şabalıd, kələm, kökün qiymətlərində qeydə alınıb», - deyə Komitədən bildirilib.

Aprel ayında qeyri-ərzaq mallarından yağlı boyalar, parket üçün lak, pəncərə şüşəsi, kəsilmiş taxtalar, ağac yonqar və lifli lövhələr, parket və laminat parket, kərpic, mətbəx, yataq və qonaq otaqları üçün mebel dəstləri mallarının qiymətlərində bahalaşma, isti geyim və ayaqqabılar, nitro və sulu boyalar, sement, soyuducular, paltaryuyan maşınlar, qaz plitəsi, kondisioner, tozsoranların qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ay beynəlxalq hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR