Bank Of Baku

Dünya bazarında qızılın bahalaşması dayanıb

Dünya bazarında qızılın bahalaşması dayanıb
# 04 may 2011 07:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarında qızılın qiyməti rekord həddə - 1557 dollar/unsiyaya çatandan sonra aşağı düşməyə başlayıb.

APA-Economics”in xəbərinə görə, mayın 3-də Nyu-Yorkun Comex birjasında keçirilən hərraclarda qızılın qiyməti 1,1% azalaraq 1540 dollar/unsiyaya və ya 49,7 dollar/qr-a düşüb. Bəzi müqavilələrdə qızılın unsiyasının qiyməti 1531-1532 dollara da enib. Bu, martın 15-dən indiyədək qızılın qiymətində ən böyük azalmadır.

Qızılın ucuzlaşmasının səbəbi dolların dünyanın digər valyutalarına qarşı bir qədər möhkəmlənməsidir. Ümumilikdə qızılın qiyməti son bir ayda 98 dollar və ya 6,84%, son bir ildə isə 360 dollar və ya 30,75% bahalaşıb. Birjalarda gümüş daha sürətlə ucuzlaşıb.

Bazar ertəsi gümüşün qiyməti 7,6%, dünən isə 5,2% azalıb - 41,275 dollar/unsiya. Ümumilikdə ilin əvvəlindən etibarən gümüşün qiyməti 57% artaraq aprelin 25-də 49,845 dollar/unsiyaya çatıb. Ötən həftənin sonundan indiyədək isə gümüş 10% qiymətdən düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR