Bank Of Baku

«Atrabank»ın kredit portfeli son bir ildə 32% genişlənib

«Atrabank»ın kredit portfeli son bir ildə 32% genişlənib
# 04 may 2011 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 31,387 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində bankın 12 ayadək verdiyi kreditlərin həcmi 52% artaraq 23,176 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 8,2% azalaraq 5,206 mln. manata, istehlak kreditlərinin həcmi isə 57,7% artaraq 9,155 mln. manata çatıb.

Bu müddət ərzində bankın vaxtı keçmiş kreditlərinin həcmi 3,19% artaraq 3,005 mln. manat təşkil edib.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 12 bankomatı və 29 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR