Bank Of Baku

Azərbaycan bank sistemində likvid vəsaitlərin həcmi martda 19% artıb

Azərbaycan bank sistemində likvid vəsaitlərin həcmi martda 19% artıb
# 04 may 2011 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nağd vəsaitləri və müxbir hesablarında olan vəsaitlərin məcmu həcmi 2011-ci ilin aprelin 1-nə 2 002 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 21,3% artıb. Eyni zamanda, təkcə mart ayında likvid vəsaitlərin artımı 18,7% təşkil edib.

Beləliklə, mart ayında bankların likvid vəsaitləri daha 315,16 mln. manat genişlənib. Lakin həmin dövrdə bank kreditləşməsində nəzərə çarpan azalma baş verib. Belə ki, mart ayı ərzində banklar tərəfindən müştərilərə verilən kreditlər 785 mln. manat və ya 9,2% azalıb.

Qeyd edək ki, aktivlərin tərkib hissəsi olan nağd vəsaitlər və müxbir hesablardakı vəsaitlər ən likvid vəsaitlər hesab olunur. Onların əsas vəzifəsi bankların maliyyə dayanıqlığının təmin edilməsidir, onların həcmi isə likvidliyin idarə edilməsi üzrə təhlilin nəticəsində və bankların cari öhdəlikləri və təxirəsalınmaz ödəmələrin həcmini nəzərə alınaraq müəyyən edilir.

Likvid vəsaitlər və kredit portfeli üzrə dinamika biri-biri ilə əlaqəlidir. Belə ki, kreditləşmədə zəifləmə və likvidliyin artması müəyyən dərəcədə iki əks mütənasib olan prosesdir, çünki kredit kimi verilə biləcək vəsaitlər müəyyən səbəblərə görə bankın sərəncamında qalan həmin vəsaitləri ya birbaşa kassada, ya da müxbir hesablarda saxlanılır və bankın likvidliyinin təmin olunmasına xidmət edir. Lakin Azərbaycan bank sistemində hazırda yaranmış vəziyyətdə kreditləşmədə fəaliyyətin azaldılması və nəticədə bu dərəcədə yüksək likvidliyin yaradılması səmərəli görünmür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR