Bank Of Baku

«FINCA Azerbaijan» filial şəbəkəsini genişləndirir

«FINCA Azerbaijan» filial şəbəkəsini genişləndirir
# 04 may 2011 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yaxın vaxtlarda «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatının Yardımlı rayonunda filialı istifadəyə veriləcək. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın Marketinq Departamentinin meneceri Zaur Nurməmmədov bildirib.

Z.Nurməmmədovun sözlərinə görə, filialın açılması ilə bağlı rayonun kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təkliflər verilib. Filial açıldıqdan sonra rayondakı iş adamları təşkilatın təklif etdiyi dörd növ kredit məhsulundan («Həmrəy kredit qrupu», «Kənd kredit qrupu», «Express Kredit» və fərdi kreditlər) yararlana biləcəklər.

Təsisçisi ABŞ-ın «FINCA International» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə qurumun kredit portfelinin həcmi 84,147 mln. ABŞ dolları, nizamnamə kapitalı isə 5 min dollar təşkil edib. Təşkilat kreditləri həmrəy kredit qruplarına aylıq 2,5-3%, kənd kredit qruplarına 3,5%, fərdi kreditləri isə 2-3%-lə verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR