Bank Of Baku

Azərbaycan əhalisi nağd avronun satışını kəskin artırıb

Azərbaycan əhalisi nağd avronun satışını kəskin artırıb
# 04 may 2011 11:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2011-ci il yanvar-mart ayları ərzində banklar vasitəsi ilə satılmış nağd avro kütləsinin həcmi 38,370 mln. avro, alışın həcmi isə 213,748 mln. avro təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə satışın həcmi 3,3 dəfə artıb, alış isə 14,8% azalıb.

Azərbaycanın nağd avro bazarında yaranmış dinamikanın əsasən psixoloji səbəbləri var. Belə ki, ilin əvvəlindən avronun manata qarşı məzənnəsinin möhkəmlənməsi tendensiyası müşahidə olunur. Bu amil nağd avro satışının artmasının əsas səbəbidir, çünki əhali məzənnə yüksək olduğu məqamdan istifadə edərək qazanc əldə etməyə çalışır. Son zamanlar əhali arasında avronun məzənnəsinin qeyri-sabit olması barədə fikirlər formalaşıb və vahid Avropa valyutasının yenidən ucuzlaşacağı ilə bağlı ehtimallar mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR