Bank Of Baku

Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların həcmi artıb

Azərbaycanda plastik kartlarla aparılan əməliyyatların həcmi artıb
# 04 may 2011 11:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının ümumi sayı 2011-ci ilin aprelin 1-nə 4 342 min ədəd təşkil edib ki, bu da 2010-cu ilin aprelin 1-nə nisbətən 284 min və ya 7% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin I rübü ərzində debet kartları ilə 11 767 min əməliyyat aparılıb, əməliyyatların həcmi 1 484 mln. manata bərabər olub.

Beləliklə, ötən ilin yanvar-mart aylarına nisbətən debet kartları ilə aparılan əməliyyatların sayı 9,9%, həcmi isə 17,3% artıb. Debet kartları üzrə aparılan bir əməliyyatın ortalama həcmi 126,1 manata bərabər olub.

Həmin müddət ərzində kredit kartları ilə 673 min əməliyyat aparılıb, əməliyyatların həcmi 178 mln. manat təşkil edib. Bu göstəricilər ötən ilin I rübün yekunlarına nisbətən müvafiq olaraq 26,3% və 30,8% artıb. Kredit kartları üzrə bir əməliyyatın ortalama həcmi 264,5 manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR