Bank Of Baku

Səfir: Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi kəskin artıb

Səfir: Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi kəskin artıb
# 04 may 2011 12:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu ilin yanvar-mart aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi 429 mln. ABŞ dolları təşkil edib. APA-nın xəbərinə görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Onun sözlərinə görə, bu göstəriciyə Azərbaycan neftinin Belarusa ixracı nəticəsində nail olmaq mümkün olub. Səfir müqayisə üçün qeyd edib ki, 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin ümumi həcmi 150 mln. dollar olub.

N.Patskeviç deyib ki, bu ilin ikinci yarısında Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. O, 2011-ci ildə Azərbaycan-Belarus Milli Sərgisinin keçiriləcəyinə ümid etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR