Bank Of Baku

«Bank Respublika»nın tələb olunanadək depozitləri son bir ildə 55% artıb

«Bank Respublika»nın tələb olunanadək depozitləri son bir ildə 55% artıb
# 04 may 2011 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 125,713 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18,3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 46,7% azalaraq 59,158 mln. manata, tələb olunanadək depozitlər 55,4% artaraq 66,555 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 26,8% azalaraq 83,967 mln. manat olub.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının «25%+1 səhm» paketinə sahib olan Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» təmsil olunur. Cari ilin aprelin 1-nə bankın 28 filialı, 45 bankomatı, 259 POS-terminalı və 501 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR