Bank Of Baku

«Royal Bank»ın aktivləri son bir ildə 21% artıb

«Royal Bank»ın aktivləri son bir ildə 21% artıb
# 04 may 2011 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin aktivləri 2011-ci ilin aprelin 1-nə 181,025 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,6% artaraq 127,512 mln. manat, depozit portfeli isə 22,6% azalaraq 76,142 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 18,8% artaraq 22,829 mln. manata, o cümlədən nizamnamə kapitalı 7,3% artaraq 22,139 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 13,4% artaraq 53 996, o cümlədən fiziki şəxslərin sayı 13,2% artaraq 51 846, hüquqi şəxslərin sayı isə 18,3% artaraq 2 150, aktiv plastik kartların sayı 34 681, o cümlədən debet kartları 32 515, kredit kartlarının sayı 2 166 olub.

Həmçinin, bankın işçilərinin sayı 2,4% artaraq 602 nəfərə, orta aylıq əmək haqqı isə 10% artaraq 662 manata çatıb.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR