Bank Of Baku

«Qafqaz İnkişaf Bankı» son bir ildə kreditləşməni 22% artırıb

«Qafqaz İnkişaf Bankı» son bir ildə kreditləşməni 22% artırıb
# 04 may 2011 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 38,797 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 36,6% azalaraq 5,597 mln. manata, 12 aydan artıq müddətə verdiyi kreditlər 44% artaraq 33,199 mln. manata, istehlak kreditlərinin həcmi isə 41% artaraq 2,204 mln. manata çatıb.

Bu müddət ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 4,8% azalaraq 177,46 min manat, bankın öz proqramı vasitəsi ilə ayırdığı ipoteka kreditləri isə 65,7% artaraq 883 min manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın vaxtı keçmiş kreditləri 0,6% azalaraq 1,491 mln. manat olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR