Bank Of Baku

«Kredo Bank»a yeni sədrin yaxın vaxtlarda təyin olunacağı gözlənilir

«Kredo Bank»a yeni sədrin yaxın vaxtlarda təyin olunacağı gözlənilir
# 05 may 2011 07:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ASC-nin İdarə Heyətinə yeni sədrin yaxın vaxtlarda təyin olunacağı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Məlikov bildirib.

İ.Məlikovun sözlərinə görə, bankın əvvəlki sədri Baratəli Piriyev başqa bir bankın dəvəti ilə iş yerini dəyişib: «Düşünürəm ki, səhmdarların növbəti toplantısında bankın İdarə Heyətinin sədri vəzisinə yeni təyinatla bağlı məsələ müzakirə oluna bilər».

Qeyd edək ki, B.Piriyev hazırda «Royal Bank»ın İdarə Heyətinin üzvüdür.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredo Bank» 1994-cü ildə yaradılıb. Cari ilin aprelin 1-nə bankın aktivləri 82,171 mln. manat, depozit portfeli 11,454 mln. manat, kredit portfeli 57,843 mln. manat, məcmu kapitalı 19,246 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,540 mln. manat təşkil edib. Bankın ölkə üzrə 15 filialı, 5 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR