Bank Of Baku

«DəmirBank» təhsil işçilərinə yeni kredit məhsulları təqdim edir

«DəmirBank» təhsil işçilərinə yeni kredit məhsulları təqdim edir
# 05 may 2011 08:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC dövlət və özəl təhsil müəssisələrində çalışanlar üçün yeni kredit məhsulları təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit proqramının şərtlərinə əsasən, müştərilər 5000 manata qədər 24 ay müddətinədək kredit ala bilərlər.

Orta təhsil və orta ixtisas təhsil müəssisələrində çalışan əməkdaşlara 1 000 manatadək, ali təhsil müəssisələrində çalışan əməkdaşlara isə 2 000 manatadək kreditlər üçün 3-cü şəxsin zaminliyi tələb edilmir.
Kredit alanlara «DəmirBank»ın «Visa Classic» və ya «MasterCard Standard» plastik kartı hədiyyə olunur. Kreditin fərqli xüsusiyyətlərindən biri «Əməkdar müəllim» fəxri adı ilə təltif edilmiş təhsil işçilərinə kreditin faiz dərəcəsindən 3% güzəşt təqdim edilməsidir.

«DəmirBank» dövlət və özəl təhsil müəssisələrini, eləcə də təhsil sahəsində digər təşkilatları bu proqram üzrə əməkdaşlığa dəvət edir. Bu proqrama cəlb edilən təhsil müəssisələrinin əməkdaşlarına kreditlərin verilməsi daha sadə formada həyata keçirilə bilər.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR