Bank Of Baku

«Zamin Bank» son bir ildə kredit portfelini 28% genişləndirib

«Zamin Bank» son bir ildə kredit portfelini 28% genişləndirib
# 05 may 2011 09:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin kredit portfeli 2011-ci ilin aprelin 1-nə 160,910 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 27,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlər 41,634 mln. manat, 12 aydan artıq müddətə verdiyi kreditlər 119,277 mln. manat, istehlak kreditləri isə 53,6% artaraq 46,833 mln. manat təşkil edib. Bu müddət ərzində bankın vaxtı keçmiş kreditlərinin həcmi 3,676 mln. manata çatıb.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı, 1 891 POS-terminalı və 595 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR