Bank Of Baku

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları ilin əvvəlindən 8% artıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları ilin əvvəlindən 8% artıb
# 05 may 2011 09:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) 2011-ci ilin yanvar-mart aylarında iştirakçı banklardan (43 bank) topladığı təqvim haqlarının həcmi 1,156 mln. manat, 1,347 mln. dollar və 0,183 mln. avro təşkil edib.

ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, Fondun sığorta ehtiyatları ilin əvvəli ilə müqayisədə 7,81% artaraq 34,5 mln. manata çatıb. Həmçinin, fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 9% artaraq 3,173 mlrd. manat, o cümlədən qorunmayan əmanətlər 17% artaraq 1,230 mlrd. manat, qorunan əmanətlər isə 4,4% artaraq 1,943 mln. manat təşkil edib. Eyni zamanda, Fond tərəfindən əmanətləri qorunan əmanətçilərin sayı ilin əvvəli ilə müqayisədə 1,1% artaraq 5 485 375 nəfərə çatıb.

Qeyd edək ki, 2010-cu il iyunun 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığortalanmır və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, ƏSF 2007-ci ilin avqust ayından fəaliyyət göstərir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR