Bank Of Baku

Azərbaycan banklarının xarici borcları təhlükəli həddə çatıb

Azərbaycan banklarının xarici borcları təhlükəli həddə çatıb
# 05 may 2011 10:31 (UTC +04:00)
«APA-Economics»in Azərbaycan Mərkəzi Bankının məlumatlrı əsasında apardığı hesablamalara görə, mart ayında bu göstərici 1,5 faiz bəndi artıb.

Xatırladaq ki, bankların xarici öhdəlikləri 2,531 mlrd. manat, məcmu öhdəlikləri isə 10,426 mlrd. manat təşkil edir.

Qeyd edək ki, dünya praktikasına əsasən, xarici borcların məcmu öhdəliklərdə xüsusi çəkisi 20%-ə çatdığı vəziyyətdə, bu, təhlükə səviyyə hesab olunur, 20-30% diapazonunda olduqda isə dövlət tənzimləyici orqanlarının mütləq müdaxiləsi tələb olunur. Sözgedən göstərici 30%-i keçəndən sonra isə dövlət orqanları ciddi inzibati tədbirlər görməlidir.

Qeyd edək ki, nisbətin yüksək olması yerli bank sisteminin xarici maliyyə bazarlarından və kreditorlardan asılılığının yüksək olduğunu göstərir, bu da yerli bank sistemi üçün ən ciddi təhlükələrdən biridir, çünki yerli tənzimləyici orqanı tərəfindən idarə olunmayan xarici bazarlarda hər hansı mənfi tendensiyalar milli bank sisteminə təhlükə yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR