Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlərin həcmi martda 18% artıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlərin həcmi martda 18% artıb
# 05 may 2011 10:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2011-ci il mart ayında 7,966 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, fevral ayı ilə müqayisədə bu göstərici 1,224 mlrd. manat və ya 18,2%, ötən ilin martına nisbətən isə 1,571 mlrd. manat və ya 24,6% artıb.

Ödənişlərin sayına gəlincə, 2011-ci ilin fevral ayında 25 min ödəniş aparılmışdırsa, martda bu göstərici 27 minə çatıb. Lakin ötən ilin mart ayı ilə müqayisədə ödənişlərin sayında müəyyən azalma müşahidə olunub. Belə ki, ötən ilin martında AZIPS ilə aparılan ödənişlərin sayı 29 min olub.

Mart ayında bir ödənişin ortalama həcmi 295 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 9,4%, ötən ilin matına nisbətən isə 33,8% çoxdur.

Beləliklə, AZIPS-də həcm və say baxımından artımla yanaşı ödənişlərin məbləğinin tədricən böyüməsi müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR