Bank Of Baku

«Xalq Bank» dahа bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Xalq Bank» dahа bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 05 may 2011 10:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC «Zolotaya Korona» beynəlxalq pulköçürmə sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistem vasitəsilə fiziki şəxslər (komisyon haqqı 1,5% təşkil edir və göndərən şəxs tərəfindən ödənilir), qısa zamanda hesab açmadan dollar və avroda pul köçürmələri həyata keçirə bilərlər.

Köçürmələrin geniş coğrafiyası (MDB ölkələri, Gürcüstan, Türkiyə, Çin), eləcə də sürətli və təhlükəsiz olması sistemin əsas üstünlüklərindəndir.

Adıçəkilən sistemlə yanaşı «Xalq Bank» «Western Union», «Bıstraya Poçta» «Xpress Money», «Contact» və «PrivatMoney» təcili pulköçürmə sistemləri vasitəsi ilə də analoji xidmətlər göstərir.

Təcili pulköçürmə xidmətləri «Xalq Bank»ın Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Neftçala, Mingəçevir, Cəlilabad, Yevlax, Xaçmaz, Şabran, Qazax və İsmayıllı şəhərlərində fəaliyyət göstərən 14 filialının hər birində təqdim olunur.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR