Bank Of Baku

Azərbaycanda bankların ani likvidiyi normadan yüksəkdir

Azərbaycanda bankların ani likvidiyi normadan yüksəkdir
# 05 may 2011 10:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin strukturunda nağd vəsaitlər və müxbir hesablardakı vəsaitlərin məcmu həcmi 2011-ci ilin aprelin 1-nə 2,002 mlrd. manat təşkil edib. «APA-Economics»in hesablamalarına görə, banklarda yerləşdirilmiş tələb olunanadək depozitlərin həcmi həmin tarixə 2,255 mlrd. manata bərabər olub.

Bankların nağd vəsaitləri və müxbir hesablarda olan vəsaitləri dünya praktikasında tələb olunanadək aktivlər adlanan və bankların sərəncamında olan ən likvid vəsaitlərin əsas tərkib hissəsidir. Qeyd edək ki, tələb olunanadək aktivlərə həmçinin dövlət qısamüddətli qiymətli kağızlar kimi aktivlər də aid edilir, lakin onların Azərbaycanda həcmi iri olmadığına görə hesablamalarda əks olunmaya bilər. Həm də, tələb olunanadək aktivlərin tərkibinə yalnız nağd vəsaitlər və müxbir hesablardakı vəsaitlər aid edildikdə, onların tələb olunanadək depozitlərə nisbəti 88,8%-ə bərabərdir. Qeyd edək ki, tələb olunanadək aktivlərin tələb olunanadək passivlərə nisbəti bankların ani likvidliyi əmsalı kimi qiymətləndirilir. Tələb olunanadək passivlərin strukturuna həmçinin maliyyə sektorundan cəlb olunmuş tələb olunanadək depozitlər də aid edilməlidir. Lakin bu göstərici üzrə statistika olmadığından, ani likvidlik üzrə dəqiq hesablama aparmaq mümkün deyil. Buna baxmayaraq, əldə olunmuş nəticədə də Azərbaycan bank sistemində ani likvidliyin dünyada qəbul olunmuş 15%-lik normadan dəfələrlə çox olduğu məlumdur. Hətta tələb olunanadək passivlər kimi müştərilərin depozitlərinə maliyyə sektorundan alınmış kredit və depozitlərin həcmi (aprelin 1-nə 4,283 mlrd. manat) əlavə olunarsa, sözügedən nisbət 30,6%-ə çatacaq ki, bu da normadan 2 dəfə artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR