Bank Of Baku

“TBC Kredit”in kredit portfeli ilin əvvəlindən 15% artırıb

“TBC Kredit”in kredit portfeli ilin əvvəlindən 15% artırıb
# 05 may 2011 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “TBC Kredit” bank olmayan kredit təşkilatının kredit portfelinin həcmi 2011-ci ilin aprel ayının 1-nə 22 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 15% çoxdur.

Təşkilatdan “APA-Economics”ə verilən məlumata görə, portfelin 51%-ni biznes kreditləri, o cümlədən təxminən 22%-i mikrobiznes kreditləşməsinin payına düşüb. Həmçinin məcmu portfeldə 22%-ni istehlak kreditləri, 27%-ni isə ipoteka kreditləri təşkil edib.

Xatırladaq ki, “TBC Kredit” Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin səhmlərinin 75%-i Gürcüstanın “TBC Bank”ına, 25%-i isə “ShoreBank International Ltd” (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR