Bank Of Baku

Bakıda “NBC Bank”ın sponsorluğu ilə sərgi keçirilir

Bakıda “NBC Bank”ın sponsorluğu ilə sərgi keçirilir
# 05 may 2011 15:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda “NBC Bank”ın sponsorluğu ilə “Çağdaş Türk sənətindən izdüşümlər” adlı sərginin açılışı olub.

“NBC Bank”dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binasında təşkil olunan sərginin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, sərgidə Türkiyənin 16 rəssamının əsərləri nümayiş olunur. Müxtəlif janrlı əsərlərin nümayişi bu il mayın 22-dək davam edəcək.

Xatırladaq ki, “NBCBank” ASC 1992-ci ilin dekabrından “Ruzi” Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 46 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR