Bank Of Baku

«Bank Standard» yeni kredit kartları buraxıb

«Bank Standard» yeni kredit kartları buraxıb
# 06 may 2011 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC dünyanın aparıcı ali məktəblərinin məzunları və doktorantları üçün nəzərdə tutulan «Alumni» adlanan yeni kredit kartı buraxıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Alumni» kredit kartı banka müraciət tarixinə keçərli olan www.timeshighereducation.co.uk saytının təsnifat siyahısında ilk 200 ali məktəbin məzunlarına verilə bilər.

«Alumni» kartını almaq məqsədi ilə banka müraciət edən şəxs özünün şəxsiyyət vəsiqəsini, yuxarıda qeyd olunmuş ali məktəblərdən birinin bakalavr və ya magistr diplomunu, ya da xaricdə doktoranturada təhsil aldığı barədə arayışı təqdim edir. Kredit kartının verilməsi prosesi, müraciət edənin kredit tarixinin araşdırılması, kredit xəttinin açılması və kartın hazırlanması daxil olmaqla 5 iş günü ərzində tamamlanır. Müraciət edənin elmi dərəcəsindən asılı olaraq verilən kredit xəttinin həcmi 2-10 min AZN/USD/EUR-dək təşkil edə bilər. Kreditlər «Visa Classic», «Visa Gold» və ya «Visa Platinum» kartları əsasında verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR