Bank Of Baku

«Amrahbank»ın depozit portfeli I rübdə 8% artıb

«Amrahbank»ın depozit portfeli I rübdə 8% artıb
# 06 may 2011 08:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 41,994 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 26,7% genişlənərək 26,681 mln. manata, tələb olunanadək depozitlər isə 12,6% azalaraq 13,313 mln. manata çatıb.

Qeyd edək ki, bu müddət ərzində bankın əhalidən cəlb etdiyi əmanətlərin həcmi 25% artaraq 29,618 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 20 filialı, 20 bankomatı və 58 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR