Bank Of Baku

ABŞ Türkiyəni İranla ticarət əməliyyatlarını məhdudlaşdırmağa çağırır

ABŞ Türkiyəni İranla ticarət əməliyyatlarını məhdudlaşdırmağa çağırır
# 06 may 2011 08:57 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Devid Koen bildirib.

Nazir müavini İran və Liviyaya qarşı sanksiyaları müzakirə etmək üçün bu yaxınlarda Türkiyədə olub. “Mən Türkiyə hökumətini yerli bankları Tehranın Ankara ilə mövcud ticarət və maliyyə münasibətlərindən sui-istifadə cəhdlərindən qorumağa çağırıram” - deyə D.Koen qeyd edib.

Qeyd edək ki, 2011-ci ilin ilk iki ayında İran və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 70% artaraq 2,1 mlrd. dollara yüksəlib. Türkiyə Statistika İnstitutunun açıqladığı hesabata görə, fevral ayında iki ölkə arasında ticarətin həcmi 963,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,65% çoxdur.

İran prezidenti Mahmud Əhmədinejat Türkiyə ilə ticarət dövriyyəsinin həcmini illik 30 mlrd. dollara çatdırmaqda qərarlı olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR