Bank Of Baku

Azərbaycan banklarında faiz marjası artıb

Azərbaycan banklarında faiz marjası artıb
# 06 may 2011 10:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemi üzrə faiz marjası 2011-ci ilin I rübünün yekunlarına görə 1,44% təşkil edib. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankının rəsmi statistik göstəricilərinə əsasən apardığı hesablamalar görə, bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,08 faiz bəndi artıb.

Faiz marjası bankların faiz əməliyyatları üzrə gəlirliyini göstərir və faiz gəlirləri ilə faiz xərcləri arasında fərqin gəlir gətirən aktivlərin həcminə nisbəti (faizlə) kimi hesablanır.

Göründüyü kimi, Azərbaycanda bankların faiz əməliyyatlarının gəlirliyi aşağı səviyyədədir. Lakin nəzərə alınmalıdır ki, hesablamalar rüblük göstəricilər əsasında aparılıb. Adətən, həmin göstərici illik gəlir və xərclər əsasında hesablanır.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, Azərbaycan bank sistemində faiz marjası 5,54%-ə bərabər olub, bu da həmin göstərici üçün məqbul səviyyədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR