Bank Of Baku

BMT: Bu il Azərbaycanda iqtisadi artım 5,5%, inflyasiya isə 7% olacaq

BMT: Bu il Azərbaycanda iqtisadi artım 5,5%, inflyasiya isə 7% olacaq
# 06 may 2011 11:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu proqnoz BMT-nin «Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial icmal - 2011» hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2010-cu ildə Azərbaycanın qeyri-neft sektorunda inkişaf və tərəqqi bəzi çətinliklərlə müşayiət olunub: «Hökumətin sosial xərclər, infrastrukturun inkişafı layihələrinə və kənd təsərrüfatı kimi qeyri-neft sektorunda investisiyaların artırılması üçün Dövlət Neft Fondundan istifadə edəcəyi gözlənilir. Bu il Azərbaycan iqtisadiyyatının 5,5%, inflyasiyaının isə 7%-dək artması gözlənilir».

Sənəddə həmçinin bildirlir ki, Azərbaycanın cari əməliyyatlar hesabının müsbət saldosu ÜDM-in 2009-cu ildəki 23,6%-dən 2010-cu ildə 26%-dək yüksəlib: «Ölkə iqtisadiyyatında 2010-cu ildə ticarət sahəsində 14,7 mlrd. ABŞ dolları məbləğində, yəni əvvəlki illər ilə müqayisədə daha çox müsbət saldo qeydə alınıb. Neft və neft məhsullarının ixracından əldə olunan gəlirin böyük hissəsini təşkil edir. İdxalın böyük hissəsini isə ərzaq məhsulları, maşın və mexanizmlər, metal və nəqliyyat vasitələri kimi istehsal malları təşkil edib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR