Bank Of Baku

BMT: Bu il Asiya-Sakit okean regionunda iqtisadi artım 7,3% olacaq

BMT: Bu il Asiya-Sakit okean regionunda iqtisadi artım 7,3% olacaq
# 06 may 2011 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Asiya-Sakit okean regionunun inkişaf edən iqtisadiyyatların bərpa prosesi gücləndiyi zaman 7,3%-dək artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu proqnoz BMT-nin «Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial icmal - 2011» hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, bu rəqəm 2010-cu ildə maliyyə stimullaşdırma siyasətindən imtina, sərt maliyyə siyasətinin qəbul edilməsi və inkişaf etmiş ölkələrin bərpasının ləng getməsi hesabına aşağıdır: «Bu il ərzində iqtisadi inkişafın geniş əsaslı olacağı gözlənilir. Şərqi və Şimal-Şərqi Asiyada iqtisadi artım tempi cari ildə 7,9%, Şimali və Mərkəzi Asiyada - 4,8%, Sakit okean adalarında – 5,5%, Cənubi və Cənub-Qərbi Asiyada – 6,8%, Cənub-Şərqi Asiyada isə 5,5% təşkil edəcəyi gözlənilir. Regionun inkişaf etmiş ölkələri Çin, Hindistan və İndoneziyada iqtisadi artım tempinin müvafiq olaraq 9,5%, 8,7% və 6,5% olacağı gözlənilir».

Hesabatda həmçinin bildirilir ki, buna baxmayaraq, 2011-ci ildə bir çox ölkələrdə inflyasiya səviyyəsinin artması gözlənilir: «Müəyyən mənada inflyasiya təzyiqləri inkişafda yeni mərhələnin başlamasını əks etdirir. Həmçinin, inflyasiya ərzaq və enerji qiymətlərinin artması nəticəsində meydana gəlir. Bu da öz növbəsində yoxsul və həssas qrupa daxil olan əhali təbəqəsinə güclü zərbə vurur. Digər bir təhlükə Asiya və Sakit okean regionuna spekulyativ kapital axını ilə nəticələnən inkişaf etmiş ölkələrdə ifrat likvidliklə əlaqədardır. Bu da öz növbəsində qiymətlərin süni artırılması və regional valyuta məzənnələrinin yüksəlməsinə səbəb olur».
Ərzaq və yanacaq böhranının təkrarlanması ehtimallarına gəldikdə isə, hesabatda qeyd olunur ki, 2010-cu ilin əvvəllərindən etibarən qlobal ərzaq və yanacaq qiymətləri davamlı və sinxron şəkildə artır: «Hesabata əsasən, neftin qiymətinin artımı inkişaf edən Asiya-Sakit okean regionu iqtisadiyyatlarında inkişafı 1%-dək azaldacaq və inflyasiyanı gücləndirəcək, eyni zamanda valyuta hesablarına mənfi təsir göstərəcək. Yüksək neft qiymətləri daxili sənaye üçün xərcləri və idxal olunan məhsulların qiymətlərini artıracaq və ixracat tələbatını azaldacaq».

Hesabatda bildirilir ki, 2010-cu ilin avqust ayından etibarən müxtəlif ölkələrdə ərzaq qiymətləri 10-35% civarında qalxıb. Ərzaq qiymətlərinin artması yoxsul təbəqələrə və çətinliklə qazanılmış nailiyyətlərə mənfi təsir göstərir. Ərzaq və enerji qiymətləri yüksək olduğuna görə 2011-ci ildə Asiya və Sakit okean regionunda yoxsul əhali sayının 3 dəfə artaraq 61 mln-a çatacağı gözlənilir. Ərzaq qiymətlərinin 2011-ci ildə ikiqat bahalaşması və neftin 1 barelinin 130 ABŞ dollarına qədər artması kimi ən pis halda, bir çox ən az inkişaf etmiş ölkələr üçün Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq planlarını 5 il ləngidə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR