Bank Of Baku

«Royal Bank»ın kredit portfeli son bir ildə 18% artıb

«Royal Bank»ın kredit portfeli son bir ildə 18% artıb
# 06 may 2011 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 127,512 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 17,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 54,246 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər isə 9,541 mln. manat, istehlak kreditlərinin həcmi isə 5,9% artaraq 94,460 mln. manata çatıb.

Bu müddət ərzində bankın ipoteka kreditlərinin həcmi (Azərbaycan İpoteka Fondunun xətti ilə) 16,142 mln. manat, vaxtı keçmiş kreditlər isə 15,999 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın depozit portfelinin həcmi 22,6% azalaraq 76,142 mln. manat, o cümlədən müddətli depozitlər 61,389 mln. manat, tələb olunanadək depozitlər 14,754 mln. manat, əhalinin əmanətləri isə 8,794 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR