Bank Of Baku

«Access Bank»ın yeni regional filialı açılıb

«Access Bank»ın yeni regional filialı açılıb
# 06 may 2011 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Access Bank» QSC-nin İmişli filialının açılışı olub və bununla da bankın filiallarının sayı 29-a çatıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın Marketinq Departamentinin direktoru Aleksandr Pekşev bildirib.

A.Pekşevin sözlərinə görə, İmişli filialında həm fiziki, həm də hüquqi şəxslərə tamçeşidli bank xidmətləri, o cümlədən pul köçürmələri, yeni hesabların açılması, depozitlərin açılması, plastik kartların sifarişi, kiçik, biznes və istehlak kreditlərinin verilməsi və valyuta mübadiləsi xidmətləri göstəriləcək.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR