Bank Of Baku

Azərbaycan parlamenti Gömrük Məcəlləsinin layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan parlamenti Gömrük Məcəlləsinin layihəsini ikinci oxunuşda qəbul edib
# 06 may 2011 15:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunub.

APA-Economics”in məlumatına görə, layihə barədə məlumat verən İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ikinci oxunuş üçün layihədə xeyli dəyişikliklər edilib. Bu zaman əvvəlki oxunuşda deputatların səsləndirdiyi irad və təkliflər də nəzərə alınıb.

Daha sonra deputatlar məsələ ilə bağlı fikir və təkliflərini açıqlayıblar. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə deputatların suallarını cavablandırıb. Komitə sədri layihənin ilk oxunuşunda tutulan iradların aradan qaldırıldığını qeyd edib.

Daha sonra layihə səsverməyə qoyulub və ikinci oxunuşda qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR