Bank Of Baku

JP Morgan: «Dünya iqtisadiyyatının artım templəri azalıb»

JP Morgan: «Dünya iqtisadiyyatının artım templəri azalıb»
# 07 may 2011 00:49 (UTC +04:00)
Bakı-APA. Bu ilin aprelində dünya iqtisadiyyatının artım templəri kəskin surətdə aşağı düşüb. Bu barədə ABŞ-ın JP Morgan bankı məlumat verib.

Bank bu barədə xüsusi hesabat yayıb.

«Apreldə hazırkı canlanmanın başlanmasından, yəni 2009-cu ilin avqustundan sonra iqtisadiyyatın ən aşağı artım tempi qeydə alınıb. Bu son 21 ay ərzində ən aşağı göstəricidir», deyə analitik sənəddə bildirilir.

Bankın ekspertlərinin fikrincə, bu hadisə ABŞ və Yaponiyanın iqtisadiyyatlarında işgüzar fəallığın aşağı düşməsinin nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR