Bank Of Baku

Azərbaycanda yeni kredit təşkilatları yaradılıb

Azərbaycanda yeni kredit təşkilatları yaradılıb
# 07 may 2011 15:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yeni bank olmayan kredit təşkilatı və kredit ittifaqları yaradılıb. Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, aprel ayında «IDK» MMC bank olmayan kredit təşkilatı kimi qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakının Nəsimi rayonunda yerləşən bu təşkilatın təsisçisi 1 fiziki şəxs, nizamnamə kapitalı 300 min manatdır.

Bundan əlavə, ötən ay vergi orqanlarında 2 kredit ittifaqı dövlət qeydiyyatından keçib. «Tovuz» kredit ittifaqı Tovuz şəhərində qeydiyyatdan keçib – onun təsisçiləri əksəriyyəti bir-birinə qohum olan 13 fiziki şəxsdir. İttifaqın nizamnamə kapitalı 4 min manat təşkil edir.

«Refinance» kredit ittifaqının hüquqi ünvanı paytaxtın Yasamal rayonundadır, təsisçiləri 11 fiziki şəxsdir, nizamnamə kapitalı isə 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR