Bank Of Baku

Azərbaycanın maliyyə naziri: “Vətəndaş sığorta şirkətinə ildə əlli manat ödəməklə mənzili üçün iyirmi beş min manatlıq təminat əldə edə bilər”

Azərbaycanın maliyyə naziri: “Vətəndaş sığorta şirkətinə ildə əlli manat ödəməklə mənzili üçün iyirmi beş min manatlıq təminat əldə edə bilər”
# 09 may 2011 09:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib. Nazir sığortalanmamış mənzillərin sahiblərinin qəza və ya bədbəxt hadisə zamanı mənzillərini itirdiyini diqqətə çatdırıb: “Bu gün hər hansı bədbəxt hadisə baş verdikdə vətəndaş mənzilini itirir. Halbuki dünya praktikasında mənzillərin ilk növbədə sığortalanması nəzərdə tutulur. Çünki hər hansı hadisə baş verəndə vətəndaş sığorta şirkətindən öz sığorta təminatını əldə edə bilir. Azərbaycanda da bu praktikadan istifadə olunmasına başlanılıb. Vətəndaş sığorta şirkətinə ildə əlli manat ödəməklə mənzili üçün iyirmi beş min manatlıq təminat əldə edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR