Bank Of Baku

«Atrabank»ın depozit portfeli son bir ildə 70% artıb

«Atrabank»ın depozit portfeli son bir ildə 70% artıb
# 10 may 2011 07:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 10,969 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 69,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 82% artaraq 8,452 mln. manata, tələb olunanadək depozitlər 73,5% genişlənərək 1,712 mln. manata, əhalinin əmanətləri isə 3,36% azalaraq 805 min manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 12 bankomatı və 29 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR