Bank Of Baku

«DəmirBank» bu il mənfəətini 50% artırmaq niyyətindədir

«DəmirBank» bu il mənfəətini 50% artırmaq niyyətindədir
# 10 may 2011 11:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ötən ilə nisbətən 2011-ci ildə mənfəətini 47% artıraraq 3 mln. manata çatdırmağı planlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Y.Cabbarovun sözlərinə görə, mənfəətlə yanaşı bu il ərzində bankın faiz gəlirlərində də xüsusi artım gözlənilir. Belə ki, 2011-ci ildə bankın ümumi gəlirlərinin 50 mln. manata çatacağı gözlənilir. İl ərzində bankın faiz gəlirlərinin 40% artaraq 40 mln. manata, qeyri-faiz gəlirlərinin isə 30% artaraq 10 mln. manata çatacağı proqnozlaşdırılır.

Y.Cabbarov bildirib ki, bu ilin yekununda əldə olunacaq mənfəətdən 2 mln. manatın 2012-ci ildə bankın kapitallaşmasına yönəldilməsi planlaşdırılır.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR