Bank Of Baku

«DəmirBank» bu il lizinq portfelini 50% artıracaq

«DəmirBank» bu il lizinq portfelini 50% artıracaq
# 10 may 2011 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC cari ilin sonunadək lizinq portfelini 50% artıraraq 7,5 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

R.Əmircanovun sözlərinə görə, bankın lizinq portfeli əsasən nəqliyyat (minik, sərnişin, yük avtomobilləri) sahəsi üçün ayrılan avtomobillər, həmçinin istehsal (qida sənayesi, mebel və ağac emalı, tikinti materialları, yüngül sənaye, metallurgiya) sahələrinə verilən avadanlıqlar hesabına artırılacaq.

R.Əmircanov bildirib ki, ilin sonunadək təklif olunan lizinq xidmətləri üzrə faiz dərəcəsində dəyişiklik olmayacaq.

Qeyd edək ki, bankın lizinq xidmətləri Kredit Departamentinin tərkibindəki lizinq şöbəsi vasitəsi ilə göstərilir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR