Bank Of Baku

«AGLeasing» şirkətinin portfeli 3 mln. manatı ötüb

«AGLeasing» şirkətinin portfeli 3 mln. manatı ötüb
# 11 may 2011 08:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2011-ci ilin mayın 1-nə 3,258 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 41% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 35,1% azalaraq 5,551 mln. manata, lizinq müqavilələrin ümumi sayı isə 24% azalaraq 107-yə çatıb. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital Investments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR