Bank Of Baku

Apreldə Çində inflyasiya 5,3% təşkil edib

Apreldə Çində inflyasiya 5,3% təşkil edib
# 11 may 2011 09:14 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin aprel ayında Çində istehlak mallarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin Milli Statistika Bürosunun hesabatında bildirilir.

Mart ayı ilə müqayisədə apreldə istehlak mallarının qiymətinin artım tempi 0,1 faiz bəndi azalıb - martda Çində son 32 ayda ən yüksək inflyasiya (5,4%) qeydə alınıb.

Ərzaq məhsullarının qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə apreldə 11,5%, digər malların qiyməti isə 2,7% artıb. Aylıq müqayisədə isə ərzaq 0,4% ucuzlaşıb, digər məhsullar isə 0,4% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR