Bank Of Baku

Sabah Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

Sabah Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək
# 11 may 2011 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Mayın 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar 100,9583% qiymətlə satışa çıxarılacaq.

İstiqrazlar üzrə ödənmə tarixi isə 2017-ci ilin dekabrın 11-dir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Mərkəzi Bankı iştirak edir.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti 2010-cu ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. Bu emissiyadan dövriyyədə olan istiqrazların həcmi artıq 25 mln. manata çatıb.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat və 75 mln. manat faizli adlı sənədsiz təmin edilməmiş ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya uğurla yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR