Bank Of Baku

«Parabank» sahibkarlara faizsiz kreditlər təklif edir

«Parabank» sahibkarlara faizsiz kreditlər təklif edir
# 11 may 2011 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC 28 May -Respublika Günü münasibətilə «Faizlərə yox deyək!» adlı kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya iyul ayının 1-dək davam edəcək və sahibkarlar üçün nəzərdə tutulub. Kampaniyanın əsas məqsədi sahibkarlara faizsiz kreditdən istifadə etmək imkanı yaratmaqla, kiçik və orta biznesin inkişafını təmin etməkdir.

Kampaniya çərçivəsində sahibkarlar 10 min manat və daha artıq məbləğdə kreditləri 1 il müddətinə faizsiz əldə edə bilərlər.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 18 bankomatı, 148 POS-terminalı və 454 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR