Bank Of Baku

Rusiyanın dövlət borcu 29% artıb

Rusiyanın dövlət borcu 29% artıb
# 11 may 2011 14:03 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın dövlət borcu 2010-cu ildə 28,6% artaraq bu il yanvarın 1-nə 4,1 trln. rubl (146 mlrd. dollar) təşkil edib.

APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Hesablama Palatasının ötən ilki federal büdcənin icrası ilə rəsmi açıqlamasında bildirilir.

Rusiyanın ümumi xarici borcu il ərzində 4,6% artaraq 488,7 mlrd. dollara yüksəlib. Ölkənin beynəlxalq ehtiyatları 9,1%-lik artım nəticəsində 479,4 mlrd. dollara çatıb.

Qeyd edək ki, 2009-cu ildən bəri Rusiyanın xarici borcu böhrandan sonrakı büdcə kəsiri səbəbindən getdikcə artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR