Bank Of Baku

ABŞ-ın büdcə kəsiri iki dəfə azalıb

ABŞ-ın büdcə kəsiri iki dəfə azalıb
# 12 may 2011 07:44 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ federal büdcəsinin kəsiri 2011-ci ilin aprel ayında 40,49 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

İqtisadçılar bu göstəricini 63,8 mlrd. dollar həcmində proqnozlaşdırmışdılar. Bir il əvvəl büdcə kəsiri 82,7 mlrd. dollar olub.

Hesabat ayında ABŞ hökumətinin xərcləri bir il əvvəlki dövrlə müqayisədə 2 mlrd. dollar artaraq 330 mlrd. dollara çatıb, gəlirlər isə 245,3 mlrd. dollardan 289,5 mlrd. dollara yüksəlib.

Bu il sentyabrın 30-da başa çatacaq cari maliyyə ilinin ilk 7 ayında ABŞ büdcəsinin kəsiri 869,9 mlrd. dollar təşkil edib. Bir il əvvəl bu göstərici 799,7 mlrd. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR