Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» son bir ildə kredit portfelini 54% genişləndirib

«Azərbaycan Sənaye Bankı» son bir ildə kredit portfelini 54% genişləndirib
# 12 may 2011 08:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 96,607 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 54,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlər 45,2% artaraq 54,051 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 47,5% artaraq 31,291 mln. manat, istehlak kreditləri isə 98,4% artaraq 58,341 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın ipoteka kreditlərinin həcmi (Azərbaycan İpoteka Fondunun xətti ilə) 9,49% azalaraq 593,22 min manat olub.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 32 bankomatı və 299 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR