Bank Of Baku

«Kapital Bank»ın aktivləri son bir ildə 47% artıb

«Kapital Bank»ın aktivləri son bir ildə 47% artıb
# 12 may 2011 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 721,832 mln. manat təşkil edib ki, bu da ötən analoji dövrünün göstəricisi ilə müqayisədə 47% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 55,2% artaraq 440,833 mln. manata, depozit portfeli 17,1% artaraq 271,071 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 7,09% artaraq 71,952 mln. manat, o cümlədən nizamnamə kapitalı 25% artaraq 30 mln. manat təşkil edib. Təhlil olunan dövr ərzində bankın aktiv plastik kartlarının sayı 5,8% artaraq 2 095 573 olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 393 bankomatı, 399 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR