Bank Of Baku

ABŞ-ın ticarət kəsiri martda 48 mlrd. dolları keçib

ABŞ-ın ticarət kəsiri martda 48 mlrd. dolları keçib
# 12 may 2011 09:33 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın ticarət balansının kəsiri 2011-ci ilin mart ayında artaraq 48,2 mlrd. dollara çatıb. “APA-Economics”in "Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ Ticarət Nazirliyi açıqlama yayıb.

Ekspertlər bu göstəricini 47 mlrd. dollar həcmində proqnozlaşdırmışdılar. Fevral ayında ticarət balansının kəsiri 45,4 mlrd. dollar olub.

Neftin bahalaşması fonunda ABŞ-a idxalın həcmi artıb. Mart ayında bu göstərici 5% artaraq 220,8 mlrd. dollar təşkil edib. İxrac isə 4,6% artaraq 172,7 mlrd. dollara yüksəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal 16,4%, ixrac isə 14,9% artıb.

Mart ayında qeydə alınan ixracın həcmi ölkənin xarici ticarət statistikasının tarixi ərzində rekord göstərici olub. Aylıq artım isə 1994-cü ilin mart ayından bəri maksimal göstəricidir.

ABŞ və Çin arasında ticarət kəsiri mart ayında azalaraq 18,1 mlrd. dollara enib. Lakin bu ilin I rübünün yekunlarına əsasən, bu fərq 60,2 mlrd. dollara yüksəlib. Ekspertlərin fikrincə, bu cür davam edəcəyi təqdirdə, ABŞ və Çin arasında ticarət kəsiri ötən ilki göstəricini (273 mlrd. dollar) üstələyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR