Bank Of Baku

Azərbaycanda CAP/SAP layihəsi üzrə keçirilən tenderin ilk mərhələsi yekunlaşıb

Azərbaycanda CAP/SAP layihəsi üzrə keçirilən tenderin ilk mərhələsi yekunlaşıb
# 12 may 2011 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankının Azərbaycanda icra olunan «Korporativ və büdcə sektorlarında hesabatlılıq Layihəsi» (CAP/SAP) çərçivəsində məsləhətçi şirkətlərin seçiminin ilk mərhələsi başa çatıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində keçiriləcək tenderdə «Baker Tilly» beynəlxalq konsaltinq və audit şirkətinin təmsilçisi (Azərbaycan), «Deloitte&Touche» beynəlxalq konsaltinq və audit şirkətinin təmsilçisi (Azərbaycan), FBK (Rusiya), «G&G Consulting» (Türkiyə), «International Business and Technical Consultants» şirkətinin rəhbərliyi ilə ABŞ-ın Nebraska Universiteti və Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyası (subpodratçılar kimi), «Pragma Corporation Corporation» şirkətinin rəhbərliyi ilə Azərbaycan Bank Tədris Mərkəzi (ABTM), Azərbaycan və Avrasiya Sertifikatlaşdırılmış Mühasib və Auditorlar Şurası (ECCAA), Qazaxıstan (subpodratçılar kimi) iştirak edəcək.

İlk öncə Dünya Bankı sözügedən şirkətlərə müvafiq şərtlər toplusunu təqdim edəcək, daha sonra isə şirkətlər maddi-texniki imkanları barədə imkanlarını təqdim edəcək ki, bundan sonra tenderin keçirilməsinin vaxtı müəyyənləşəcək.

Xatırladaq ki, bu layihə Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının (IFRS) Azərbaycanda tətbiqinə yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR