Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycandakı banklar üçün seminar keçirəcək

Asiya İnkişaf Bankı Azərbaycandakı banklar üçün seminar keçirəcək
# 12 may 2011 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 24-də Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda fəaliyyət göstərən bankların nümayəndələri üçün seminar keçirəcək. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı nümayəndələiyndən bildirilib.

«Seminarda Azərbaycan bank sektorunun fəaliyyəti, onun beynəlxalq meyarlarla müqayisəsi, bank sisteminin potensialının məhdudiyyəti, onun ticarəti maliyyələşdirilməsinə mənfi təsiri kimi məsələlər müzakirə olunacaq», - deyə nümayəndəlikdən bildirilib.

Seminar çərçivəsində AİB-in biznes və maliyyə üzrə məsləhətçisi Havyer Farqas təqdimatla çıxış edəcək. Eyni zamanda, bankın investisiya üzrə mütəxəssisi Xuan Byao AİB-in ticarətin maliyyələşdirilməsi proqramı və onun Azərbaycanda inkişafına dair təqdimat keçirəcək.

Tədbirdə «Unibank», «Bank Respublika», «Access Bank», «DemirBank», «Bank of Baku», «AGBank» və digər bankların nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR