Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri son bir ildə kəskin artıb

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri son bir ildə kəskin artıb
# 12 may 2011 12:34 (UTC +04:00)
ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,9% azalaraq 2 879,706 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 388,885 mln. manat, depozit portfeli 3,7% azalaraq 1 911,060 mln. manat, o cümlədən müddətli depozitlər 563,372 mln. manat, tələb olunanadək depozitlər 175,488 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 84,2% artaraq 738,860 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı 8,98% artaraq 514,985 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 240 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 2,5% azalaraq 84,591 mln. manat, xərcləri isə 15,7% artaraq 77,983 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 3 dəfə azalaraq 6,608 mln. manata çatıb.

Bununla yanaşı, bankın cəmi müştərilərinin sayı 0,5% azalaraq 919 942, o cümlədən fiziki şəxsləri sayı 890 039, hüquqi şəxslərin sayı isə 29 903, həmçinin aktiv plastik kartların sayı 1 787 351 olub.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin aprelin 1-nə bankın 37 filialı, 610 bankomatı, 3 266 POS- terminalı və 1 211 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR