Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları 3 illik idxala kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları 3 illik idxala kifayət edir
# 18 may 2011 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın məcmu strateji ehtiyatların həcmi 2011-ci ilin aprelin 1-nə 32,7 mlrd. dollara bərabər olub ki, bu da ölkənin 3 illik mal və xidmətlərin idxalını maliyyələşdirməyə kifayət edir.

APA-Economics”in məlumatına görə, bu barədə 2011-ci ilin I rübü üzrə Azərbaycan Mərkəzi Bankının Pul siyasəti icmalında deyilir.

İcmalda ölkənin strateji ehtiyatlarının kritik həddi kimi 2,636 mlrd. dollarlıq səviyyə göstərilib. Dünya praktikasında strateji ehtiyatların kritik həddi kimi ölkənin 3 aylıq mal və xidmətlərinin idxalına bərabər həcm qəbul olunub. Göründüyü kimi, Azərbaycanda bu göstərici həmin normadan 12 dəfə artıqdır.

Xatırladaq ki, aprelin 1-nə strateji ehtiyatların 6,7 mlrd. dolları Mərkəzi Bankın, 26 mlrd. dolları isə Dövlət Neft Fondunun ehtiyatlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR