Bank Of Baku

“DəmirBank” uduş kampaniyasının II tirajının nəticələrini açıqlayıb

“DəmirBank” uduş kampaniyasının II tirajının nəticələrini açıqlayıb
# 18 may 2011 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin pul köçürmələri üzrə uduş kampaniyasının II tirajında 16 qalib müştəri müəyyən edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul udub.

Qeyd edək ki, kampaniyanın növbəti tirajı bu ilin iyun ayının 16-da keçiriləcək. Bankın filiallarında «Western Union», «Coinstar», «Contact», «Blizko», «PrivatMoney», «Bıstraya poçta», «Zolotaə korona» və ya «Şimşək» sistemi ilə ən azı 300 manat dollar, avro və ya 9 min rubl məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Hər köçürmə əməliyyatı 1 şansa bərabərdir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR